Neft ehtiyatları əvvəlki həftəyə nisbətən 0,9 milyon barrel (0,2 faiz) azalaraq 530,6 milyon barrelə düşüb
ABŞ-da həftəlik xam neft ehtiyatları 0,9 milyon barrel azalıb. ABŞ-ın Enerji İnformasiya İdarəsi (EIA) iyunun 17-dən etibarən ölkədə xam neft ehtiyatlarının əvvəlki həftəyə nisbətən 0,9 milyon barrel (0,2 faiz) azalaraq 530,6 milyon barrelə düşdüyünü açıqlayıb. Bazar gözləntiləri isə ehtiyatların 1,7 milyon barrel azalacağı istiqamətində idi. Əvvəlki həftədə də xam neft ehtiyatları 0,9 milyon barrel geriləmişdi.
Bu dövrdə ABŞ-ın xam neft istehsalı əvvəlki həftəyə görə gündəlik orta hesabla 39 min barrel azalaraq 8,68 milyon barrel olub. Ölkənin xam neft idxalı isə qeyd edilən həftədə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 817 min barel artaraq 8,44 milyon barrel təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB