Dünya iqtisadiyyatını dəyişəcək hadisə baş verə bilər

Britaniyanın kritik Avropa Birliyi referendumuna saatlar qaldı
Dünya iqtisadiyyatını dəyişəcək hadisə baş verə bilər

Birləşmiş Krallıqda keçiriləcək kritik Avropa Birliyi (AB) referandumuna saatlar qalır. Birlikdən ayrılma və ya Birlikdə qalma tərəfdarları arasındakı mübahisə isə hələ də davam edir.

Londonun Pakistan əsilli yeni bələdiyyə başçısı Sadiq Xan, ölkəsinin AB üzvlüyünün davam etməsini istəyən "Britaniya Avropada Daha Güclü" kampaniyasına verdiyi açıqlamada, sabah, cümə axşamı keçiriləcək olan referendumda Böyük Britaniyanın Avropa Birliyi çərçivəsində qalaraq yola davam etməsinin vətəndaşların təhlükəsizliyinə, maaşlarına, alıcılıq qabilliyyətinə və iş hüquqlarınən qorunmasına müsbət təsiri olacağını söyləyib.

"Müsbət və vətənpərvər bir qərar verərək Avropa Birliyində qalmaq üçün səs verməyinizi xahiş edirəm", deyən Sadiq Xan, referendum müzakirələrində önə çıxan mövzular arasında olan miqrasiya mövzusuna da toxunub. Sadiq Xan, Birləşmiş Krallığın Avropa Birliyindən ayrılmasını müdafiə edən "Ayrılığa Səs Ver" kampaniyasının aparıcı nümayəndələrinin arqumentlərini mühafizəkar ingilis siyasətinin təsiri altında olan bir siyasət adlandırıb. Mühafizəkar Partiyadan olan sabiq London Bələdiyyə başçısı Consona səslənən Sadiq Xan sabiq bələdiyyə sədrinin rəhbərlik etdiyi kampaniyanın bir "nifrət layihəsi" olduğunu vurğulayıb.

Öz növbəsində Londonun sabiq bələdiyyə başçısı Boris Johnson isə seçicilərə "Avropa Birliyindən çıxma" çağırışı edərək, "Artıq Böyük Britaniya üzərində qəti nəzarəti təkrardan geri almanın vaxtıdır", deyib.

"Ayrılığa Səs Ver" kampaniyasının seçicilərinə ümid vəd edən Johnson, "Bizlər, çox təəssüf ki, bu ölkəni və tək başına nələr edə biləcəyimizi kiçik görürük. Əgər Avropa Birliyindən çıxmaq üçün səs versək, sərhədlərin idarəsini, çox böyük miqdarda maliyyə vəsaitlərini - ildə dəqiq 10 milyard sterlinqi , ticarət siyasətimizi və qanunvericilik sistemimizi tamamilə geri ala bilərik. Çıxmaq üçün səs verib və nəzarəti geri alsaq, bu cümə axşamını ölkəmizin müstəqillik günü olaraq qeyd edəcəyimizə inanıram", deyə sabiq bələdiyyə sədri bildirib.

Qeyd edək ki, Böyük Britaniyada kritik Avropa Birliyi referendumu ilə əlaqədar keçirilən son sorğuların nəticələrinə əsasən "AB-də qalaq"Ş deyənlərin "AB-dən ayrılaq", deyənlərlə nisbəti demək olar ki, bərabərdir. Anketlərin nəticələri ortalama ölkədə birlik ilə ayrılıq tərəfdarlarını yüzdə 50 olaraq göstərir.

Xatırladaq ki, referendumun ilkin nəticəsinin cümə günü səhər saatlarında bəlli olacağı gözlənilir

Bütün xəbərlər Facebook səhifəmizdə