Ukrayna KİV-ləri xəbər verir ki, Ukrayna istehsalı olan tank əleyhinə raket kompleksləri "Eurosatary-2016" sərgisində nümayiş etdirilən silahlar arasında ən yaxşı kimi tanınıb. Bunu istehsalçı müəssisənin rəhbəri və "Luç" Konstruktor Bürosunun baş konstruktoru Oleq Korostelyov bildirib.
O deyib: "Ukraynanın tank əleyhinə raket kompleksləri sərgidə nümayiş etdirilən digər oxşar komplekslərlə müqayisədə bir neçə üstünlüyə malikdir. Bizim komplekslərin yüksək zirehli müdafiəsi, uzaq hədəfləri nişan almaq imkanı var. Bu silah həm Ukrayna hərbçilərində, həm də xarici sifarişçilərdə maraq doğurur".
O.Korostelyovun sözlərinə görə, söhbət kumulyativ və qəlpə-fuqas raketləri ilə təchiz olunan modernləşdirilmiş "Skif" və "Korsar" komplekslərindən gedir. Termovizual opsiya bu texnikadan gecə də istifadəyə imkan yaradır.
"Skif" qapalı mövqelərdən raketi yönəltmə xüsusiyyətinə malikdir.
"Korsar" kompleksi isə 2,5 kilometr məsafədəki hədəfi məhv edə bilir.
Xatırladaq ki, "Eurosatory-2016" böyük beynəlxalq sərgidir. O, təhlükəsizlik və müdafiə məsələlərinə, habelə bu sahələrlə bağlı yüksək texnologiyalara həsr olunub. "Eurosatory" 1967-ci ildən başlayaraq iki ildən bir Fransa Müdafiə Nazirliyinin himayəsi ilə keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB