Bu gün səhər saatlarında Əfqanıstanın paytaxtı Kabildə avtobusun partladılması nəticəsində azı 14 nəfər həyatını itirib, 8 nəfər isə yaralanıb. İnsident nəticəsində ölənlərin hamısının Nepal vətəndaşları olduğu bildirilir. Partladılan avtobusda mühafizə xidmətinin iş yerlərinə gedən əməkdaşları olub. Hadisə yerində polis və təcili yardım xidməti briqadası çalışır.
Agentliyin məlumatına əsasən, partlayışın məsuliyyətini ölkədə fəaliyyət göstərən "Taliban" hərəkatı üzərinə götürüb.
Kabildə törədilən digər partlayışın hədəfində isə Kabil əyalətinin əyalət şurasının nümayəndəsi Ataulla Feyzani olub. Bu hadisə nəticəsində 5 nəfərin yaralandığı bildirilir.
Eyni zamanda, daha bir partlayış ölkənin şimal-şərqindəki Bədəxşan əyalətində baş verib. Motosikletə quraşdırılmış bombanın bazarda partlaması nəticəsində azı 8 nəfər həlak olub, 18 nəfər yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB