İndoneziya sahillərində 5,2 bal gücündə zəlzələ baş verib
İndoneziya silkələndi 5,2 bal

İndoneziya sahillərində, Molukka dənizində 5,2 bal gücündə zəlzələ baş verib. Bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb. Zəlzələnin episentri Bitunq şəhərindən 118 kilometr cənub-şərqdə, Ternate adasından 140 kilometr qərbdə, 26 kilometr dərinlikdə yerləşib.

Dağıntı, tələfat və sunami təhlükəsi barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə