Macarıstanın paytaxtı Budapeştdə aparılan tikinti işləri zamanı Osmanlı dövrünə aid olduğu ehtimal olunan 200-dək müsəlman məzarı aşkar olunub. Anadolu agentliyi xəbər verir ki, XVIII əsrə aid olan məzarlar Budapeştdəki Yozef Nador meydanında tapılıb.
Dörd ədəd sarıqlı məzar daşının da yerləşdiyi məzarlardan çıxan insan sümükləri tədqiqat işləri üçün Macar Təbiət Elmləri Muzeyinə aparılıb.
Muzeyin rəsmisi antropoloq Zsolt Bernart agentlik müxbirinə verdiyi açıqlamada məzarlığın müsəlmanlara aid olduğunu təsdiqləyib. Həmçinin, məzarların sayının 500-dək olacağı ehtimal edilir.
Artıq Türkiyənin Macarıstandakı səfirliyi də məsələ ilə yaxından maraqlanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB