Putin: "ABŞ dünyada yeganə super gücdür"

“Dünyaya ABŞ kimi güclü dövlət lazımdır"
Putin: "ABŞ dünyada yeganə super gücdür"

Rusiya prezidenti Vladimir Putin ABŞ-ı dünyada yeganə super güc hesab etdiyini bildirib. Belə bir fikri o, Sank-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı deyib. "Amerika böyük dövlətdir. Bu gün yəqin ki, yeganə super gücdür. Biz bunu qəbul edirik", - deyə o, söyləyib.

V. Putin qeyd edib ki, Moskva ABŞ-la işləməyə hazırdır: "Dünyaya ABŞ kimi güclü dövlət lazımdır. Bizə də lazımdır. Lakin bizə lazım deyil ki, onlar daim bizim işimizə qarışsınlar, necə yaşamaqla bağlı bizə göstəriş versinlər, Avropanın bizimlə münasibət qurmasına mane olsunlar".

Bütün xəbərlər Facebook səhifəmizdə