Venesuela: insanlar mağazaları qarət edir

Venesuela: insanlar mağazaları qarət edir

Venesuelada dərin iqtisadi böhran fonunda başlayan qarətçiliyin növbəti dalğası zamanı 400-dən çox insan həbs olunub. İnsanlar yeməyə bir şey tapmadıqlarını bəhanə edərək mağazalara soxulur və ərzaq məhsullarını qarət edirlər. Euronews telekanalı xəbər verir ki, bu ərəfədə Venesuelada iğtişaşlar nəticəsində daha bir nəfər həlak olub və son bir neçə həftə ərzində ölənlərin sayı 4 nəfərə çatıb. Müxalifət hökumət əleyhinə çoxsaylı mitinqlər təşkil edir və prezident-sosialist Nikolas Maduronun istefası barədə referendumun keçirilməsi üçün imzalar toplayır.

İqtisadi böhran dərinləşdikcə ölkədə qarətlər və zorakılıq səviyyəsi artaraq pik həddinə çatıb. Əsas neft ixracatçılarından biri sayılan Venesuelada ərzaq qıtlığı yaranıb, inflyasiya dünya üzrə ən yüksək həddədir.

Xatırladaq ki, Venesuelanın gəlirinin 95 faizi karbohidrogenlərin satışından asılıdır. Neft qiymətlərinin aşağı düşməsi ölkədə dərin böhranla nəticələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə