Yunanıstanda yeni tətil dalğası

Mülki aviasiya işçiləri 5 gün işə çıxmayacaq
Yunanıstanda yeni tətil dalğası

Yunanıstan mülki aviasiya əməkdaşlarının federasiyası 5 günlük tətil keçirəcəkləri barədə məlumat yayıb. Tətil iyunun 20-dən 25-dək davam edəcək.

Tətilin keçirilməsində məqsəd region hava limanlarının alman şirkətlərinə satılmasına, hökumətin mülki aviasiya işinə müdaxilə etməsinə, "Ellinikon" hava limanının satılması zamanı əlaqələndirmənin olmamasına, hava limanlarının hökumət fonduna keçirilməsinə etiraz etməkdir. Mütəxəssislərin fikrincə, tətil ölkə turizminə böyük ziyan vuracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə