Körpü uçdu, beş nəfər öldü

Körpü uçdu, beş nəfər öldü

İndoneziyanın mərkəzi hissəsində, Qərbi Kiçik Zond adalarında tikilməkdə olan körpünün uçması nəticələsində beş nəfər həlak olub. Bu barədə ANTARA agentliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Milli Axtarış Xilasetmə Agentliyinin qrup üzvləri həlak olmuş beş nəfərin cəsədini dağıntıların altından çıxarıblar.

Faciə nəticəsində ağır yaralanmış daha beş nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə