İŞİD liderinin öldürüldüyü rəsmi təsdiqləməyib

İŞİD liderinin öldürüldüyü rəsmi təsdiqləməyib

Beynəlxalq koalisiya hələ ki, İŞİD qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin öldürüldüyü barədə yayılan məlumatları təsdiq etməyib. Bir qədər əvvəl Britaniyanın "Mirror" qəzeti İŞİD liderinin Suriyanın Rakka şəhərinə endirilən hava zərbəsi nəticəsində həlak olduğu barədə informasiya dərc etmişdi.

Ötən həftə isə İraqın "Al Sumaria" kanalı əl-Bağdadinin İŞİD-in əlində olan Mosul rayonunda bombardman nəticəsində yaralana biləcəyini bildirmişdi.

Xatırladaq ki, əsl adı İbrahim Avad İbrahim əl-Bədri olan əl-Bağdadi 2014-cü ildən İŞİD qruplaşmasına başçılıq edir. Onun ölümü barədə məlumatlar KİV-lərdə ilk dəfə deyil ki, yayılır. Belə ki, keçən ilin yaz aylarında qruplaşma liderinin yaralandığı və Rakka şəhərindəki xəstəxanada öldüyü barədə yayılan informasiya sonradan təsdiqini tapmamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə