Olimpiya şəhərində qorxunc virus aşkarlandı

Braziliyanın Olimpiya çimərliklərində superbakteriya aşkar edilib
Olimpiya şəhərində qorxunc virus aşkarlandı

Rio-de-Janeyro sahilində antibiotiklərin öhdəsindən gələ bilmədiyi superbakteriya aşkar edilib. "Reuters" agentliyi xəbər verir ki, təhlükəli bakteriyaların DNT-si şəhər mərkəzindəki beş Olimpiya çimərliyində tapılıb.

Superbakteriya çətin sağalan sidik-cinsiyyət sistemi və mədə-bağırsaq yolunun pozulmasına, habelə ağciyər və qan dövranı sisteminin infeksiyasına, hətta meningitin yaranmasına səbəb ola bilər. Bu mikroorqanizmin yaratdığı xəstəlik hallarının yarısında zəif immunitetli adamların ölmə ehtimalı var.

Əvvəlcə superbaktriya yalnız xəstəxana mühitində mövcud olub, amma indi onların yaşayış arealı genişlənib.

Xatırladaq ki, Braziliyada keçiriləcək Olimpiadanın açılışı avqustun 5-də olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə