"Thüringer Allgemeine" qəzetinin 11 iyun nömrəsində deyilir ki, Almaniyada qaçqın statusu istəyənlərin bu ölkənin hakimiyyət orqanlarından şikayətlərinin sayı 2016-cı ilin birinci rübündə 40 faiz artıb. Nəşr Solçular Partiyası fraksiyasının deputat sorğusuna cavab olaraq Almaniya Daxili İşlər Nazirliyindən daxil olan məlumatlara istinad edib.
2016-cı ilin martı üçün Almaniyanın Miqrasiya və Qaçqınların İşləri üzrə Federal İdarəsinin məmurlarının fəaliyyətsizliyindən təqribən 3300 şikayət müzakirədə olub. Yeri gəlmişkən, 2015-ci ildə bu qəbildən min ərizə az qeydə alınıb: 2299. Şikayət o halda verilir ki, qaçqın statusu haqqında vəsatətə cavab gecikir. Daxili İşlər Nazirliyinin 2016-cı ilin aprelinə olan məlumatına görə, fevral ayında sığınacaq verilməsi ilə bağlı sorğulara baxılması müddəti orta hesabla 5,6 ay təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB