Venesuelada prezident Nikolas Maduronun istefa verməsi üçün referendum keçirilməsi məqsədilə toplanan imzaların sayılmasını tələb edən minlərlə insan paytaxt Karakasda nümayişlər təşkil edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hüquq-mühafizə orqanı nümayəndələri Milli Seçim Şurasının (MSŞ) binasını mühasirəyə alan nümayişçilərə bibər qazı və plastik mərmilərlə müdaxilə edib.
Demokratik Birlik Masası Koalisiyasının verdiyi açıqlamada MSŞ-nin referendum tələb edən insanları artıq beşinci dəfədir ki, qəbul etmədiyi, buna baxmayaraq, etirazçıların sonuna qədər mübarizə aparacağı bildirilib.
Qeyd olunub ki, ölkənin başlıca problemi olan böhranın aradan qaldırılması üçün tək sülh yolu referendumdur.
Müxalifət lideri Enrike Kapriles MSŞ-nin nümayəndələri ilə görüşdükdən sonra imzaların hesablanıb nəticənin 15-21 iyun tarixlərində elan olunacağı xəbərini verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB