Hələbdə 15 ölü, 20 yaralı

Suriyanın Hələb vilayətində Bəyan xəstəxanası yaxınlığında gerçəkləşən hava hücumu nəticəsində ilkin ehtimala görə, 15 insan ölüb, 20-si yaralanıb. SİA-nın Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, bu haqda Hələbdəki mülki müdafiə rəsmisi Nəcib Ənsari məlumat verib. O, xəstəxana yaxınlığındakı bazar yerinə yerləşdirilən 3 ədəd bombanın partlaması ilə xəstəxananın yerlə-yeksan olduğunu, ərazidəki avtomobil və binalarda yanğın çıxdığını bildirib.

Ənsarinin sözlərinə görə, mülki müdafiə qrupları dağıntının altında qalanları xilas etməyə çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə