"Ermənistan hökumətinin 2015-ci il ərzində Qeyri-Hökumət Təşkilatlarına (QHT) ayırdığı maliyyəni artırmasının səbəbi aydın deyil. Belə olan halda, QHT-ləri müstəqil hesab etmək olarmı?". SİA-nın news.am-a istinadən verdiyi xəbərə görə, bu fikirləri Ermənistan Milli Konqresinin parlament fraksiyasının başçısı Levon Zurabyan 2015-ci ildə Ermənistanın dövlət büdcəsinin icrasına dair hesabatın müzakirəsində çıxış edərkən səsləndirib.
Onun sözlərinə görə, əvvəlcə QHT-lərə 2,4 milyard dram ayrıldığı halda, məbləğ il ərzində 9,1 milyard drama (təqribən, 19 milyon dollar) qədər yüksəlib. Birincisi, bu qədər vəsait hardandır? İkincisi, əgər hökumət QHT-ləri maliyyələşdirirsə, onlar dərhal hökumət təşkilatlarına çevrilir".
Zurabyanın bu fikrinə cavab olaraq, Parlamentin vitse-spikeri, Republikaçılar Partiyasından deputat olan Ərminə Naqdalyan bildirib ki, sözügedən məsələ ilə bağlı, maliyyə nazirinin müavini, baş xəzinədar Atom Cancuqazyan məhz Zurabyanın özünün istəyinə əsasən, tematik arayış hazırlayıb, amma o, iclasdan öncə nədənsə bunu götürməməyə qərar verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB