Dini hərəkatın lideri öldürüldü

Dini hərəkatın lideri öldürüldü

Yəmənin dini hərəkatlarından olan Husi lideri Taha Əl-Mahturi öldürülüb. SİA-nın Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Hacce bölgəsində Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi beynəlxalq koalisiya gücləri tərəfindən gerçəkləşdirilən hava hücumu nəticəsində baş verib. Qeyd edək ki, Səudiyyə Ərəbistanı torpaqlarında və Yəmən ordusunun nəzarəti altında olan sərhəd bölgələrində hazırlıq əməliyyatlarını idarə etdiyi zaman qətlə yetirilən Mahturinin İran tərəfi ilə güclü bağlantıları var idi.

Bütün xəbərlər Facebook səhifəmizdə