Ermənistanın Mülki Aviasiyasında rüşvətxorluq İSTEFA

Ermənistanın Mülki Aviasiyasında rüşvətxorluq İSTEFA

Ermənistanın Mülki Aviasiya Baş İdarəsinin rəisi Artyom Movsesyan vəzifəsindən azad olunub. SİA-nın lragir.am-a istinadən verdiyi xəbərə görə, məlumatı baş nazirin mətbuat katibi Qoar Poqosyan verib. O, Movsesyanın öz istəyi ilə istefa verdiyini bildirib.

"Qraparak" qəzetinin verdiyi məlumata görə, keçmiş rəis Almaniyanın "Lufthansa" hava yolu şirkətinin nümayəndələrinə lisenziya vermək üçün rüşvət tələb edib.

Qeyd edək ki, Artyom Movsesyan 2004-cü ildən Mülki Aviasiya Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə