Qazaxıstan hakimiyyəti Aktobe şəhərində terror aktından sonra ölkədə silah mağazalarının bağlanmasını təklif edib. Məlumata görə, bu barədə "İnterfaks" agentliyi yazıb.
Hazırda silah mağazaları barədə qanunvericilikdə dəyişikliklərə baxılır.
Xatırladaq ki, ötən gün Aktobe şəhərində "Pallada" silah mağazası və Milli Qvardiyanın hərbi hissəsi hücuma məruz qalıb. Atışma nəticəsində 6 nəfər ölüb. Şəhərdə antiterror əməliyyat rejimi elan edilmiş, müəssisələrin və ictimai nəqliyyatın işi dayandırmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB