Parisdə güclü yanğın baş verib

Parisdə güclü yanğın baş verib

Fransanın paytaxtı Parisin Saint-Denis ərazisində 4 mərtəbəli binada yanğın baş verib. SİA-nın Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, binanın üçüncü mərtəbəsinin mətbəxində naməlum səbəbdən başlayan yanğın nərdivandan başlayaraq, bütün binanı əhatə edib. Nəticədə 5 nəfər ölüb, 11 nəfər isə yaralanıb.

Saint-Denisin quberrnatoru Filipp Qallinin verdiyi məlumata görə, xəsarət alanlar arasında yanğınsöndürənlər də var.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə