Ərdoğan: "Bir insanla başlayan mübarizə qiyamətə qədər davam edəcək"

Ərdoğan: "Bir insanla başlayan mübarizə qiyamətə qədər davam edəcək"

"Türkiyə bu günə qədər heç bir şəhidinin qanını yerdə qoymayan ölkədir". SİA-nın Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, bu sözləri Veznecilərdə baş verən terror hadisəsində yaralananları müalicə aldığı Haseki Təhsil və Araşdırma Xəstəxanasında ziyarət edən Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan jurnalistlərə müsahibəsində deyib.

O, hazırda xəstəxananın reanimasiya şöbəsində müalicə alan iki xəstənin əməliyyatının davam etdiyini, digərlərinin vəziyyətinin isə normal olduğunu bildirib: "Hadisə nəticəsində şəhid olan 7 polis və 4 mülki vətəndaşın cəsədi isə ailələrinə təslim ediləcək".

Prezident terrorla bağlı fikirlərini sərt şəkildə ifadə edib: "Bunu konkret və aydın şəkildə söyləyim ki, terror aktının mülki polis və ya mülki əskər ayrı-seçkiliyinin bizə aidiyyatı yoxdur. Sonunda şəhid olan insandır və onların etdikləri insanlara qarşıdır. Bizim əskərimizin də, polisimizin də, kənd mühafizəçilərimizin də vəzifəsi nədir? Bu ölkədə can və mal güvənliyini təmin etməkdir. Bu vəzifəni icra edənlərə qarşı tədbiq olunan amansızlığın bağışlanacaq tərəfi yoxdur. Biz terrorçulara qarşı mübarizəmizi sonuna qədər, yorulmadan, bezmədən davam edəcəyik. Təbii ki, şəhidlər veririk, ciyərimiz qan ağlayır. Amma hər şeyin qarşılığı var. Bir insanla başlayan mübarizə qiyamətə qədər davam edəcək..."

Qeyd edək ki, İstanbul şəhərinin Bəyazıt bölgəsindəki Vezneciler dayanacağı yaxınlığındakı polis avtomobilinə hücum edilmişdir. Baş vermiş terrorda 7-si polis, 4-ü mülki şəxs olmaqla, 11 nəfər ölüb, 36 nəfər yaralanıb. Yaralılardan 3 nəfərin vəziyyəti ağırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə