Hindistanın şimalında avtobus partlayıb. SİA-nın RİA Novostiyə istinadən verdiyi xəbərə görə, hadisə Haryana ştatında qeydə alınıb. Ceyhal şəhərindən Fatehabada gedən avtobusda sərnişinlərdən birinin çantasındakı kimyəvi vasitənin partlaması nəticəsində 12 insan xəsarət alıb.
Yaralılar dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılıb.
Hadisədə şübhəli bilinən şəxs hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən axtarışa verilib.
Qeyd edək ki, bu, Haryana ştatında baş verən ikinci avtobus partlayışıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB