Gəncləri ekstremizmdən necə qorumalı?

Gəncləri ekstremizmdən necə qorumalı?

Uşaqlar və gənclər davakar ekstremizmin əsas qurbanlarıdır. Onları ekstremistlərin zorakılığından qorumaq, həmçinin gənclərin və yeniyetmələrin terrorçuların cərgəsinə qoşulmasının qarşısını almaq lazımdır. Birləşmiş Millətlər Təşkilatının (BMT) ekstremizmə qarşı mübarizədə profilaktik tədbirləri bu il prioritet elan etməsinin səbəblərindən biri də məhz budur.

BMT-nin Xəbərlər Mərkəzinin məlumatına görə, bunu BMT-nin Baş Assambleyasında beynəlxalq qurumun baş katibinin birinci müavini Yan Eliasson bildirib.

Qeyd edək ki, Baş Assambleyanın iclası uşaqların və gənclərin davakar ekstremizmdən müdafiəsi mövzusuna həsr olunub.

Yan Eliasson qeyd edib ki, bu gün 25 yaşa qədər olan gənclər dünya əhalisinin 46 faizini təşkil edir. Afrika və Yaxın Şərqdə gənclərin sayı daha çoxdur. Bu regiondakı bir çox ölkələrdə 25 yaşınadək gənclər əhalinin 60 faizini təşkil edir.

BMT Baş katibinin birinci müavini deyib: "Bu gün gənclər daha çox bərabərsizlik, marginalllaşma və işsizlikdən əziyyət çəkir. Məsələn, mən bir müddət əvvəl Somalinin paytaxtı Moqadişoda olmuşam, orada gənclər arasında işsizlik 70 faizdir".

Yan Eliasson bildirib ki, bu faktlar və rəqəmlər gənclərin onlara əmək haqqı və şöhrət vəd edən, mühüm bir məsələyə aidiyyət hissi yaradan davakar ekstremistlərin çağırışlarına uya biləcəyini sübut edir.

BMT Baş katibinin birinci müavini deyib: "Ekstremist qruplar sosial kütləvi informasiya şəbəkələri və internetdəki fərdi ünsiyyət vasitələri ilə uşaqları və gəncləri sistemli şəkildə öz sıralarına cəlb edirlər. Onlar maliyyə stimullarında istifadə edirlər, gəncləri qorxu altında öz sıralarına qatmağa məcbur edirlər".

Yan Eliasson əlavə edib ki, gənclərin əksəriyyəti sülh və təhlükəsizlik şəraitində yaşamaq istəyir. Buna görə məhz onlar gələcək üçün ümid rəmzi olmalıdırlar, təhlükə mənbəyinə çevrilməməlidirlər.

Məruzəçi BMT Baş katibinin bu yaxınlarda davakar ekstremizmin qarşısının alınması üçün Fəaliyyət Planı təqdim etdiyini xatırladıb. Həmin planda dözümsüzlüyün aradan qaldırılmasına, siyasi, iqtisadi və sosial marginalllaşması ilə mübarizənin və dövlət idarəetməsinin gücləndirilməsinə dair tədbirlər təklif edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə