Vitse-prezident həbs olundu

Maldiv Respublikasının sabiq vitse-prezidenti Əhməd Ədib 10 il müddətinə azadlıqdan məhrum olunub. SİA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, o, hələ ötən ilin oktyabr ayında hökumət başçısının aradan qaldırılması, həmçinin, anti-hökumət aksiyalarının təşkilində ittiham olunub.

Qeyd edək ki, Əhməd Ədib 2013-cü ildə Abdulla Yaminin prezident seçildiyi gündən etibarən terrorizmdə günahlandırılan dördüncü siyasətçidir.

Bütün xəbərlər Facebook səhifəmizdə