Avstraliyanın şərq sahillərində başlayan güclü fırtına üç nəfərin həyatına son qoyub. SİA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, səhər saatlarında Kanberranın yaxınlığında, Kotter çayı sahilində 37 yaşlı kişinin cəsədi tapılıb. Onun çayı keçərkən suyun təzyiqli axınına güc gələ bilmədiyi güman olunur.
Bundan əlavə, şiddətli fırtına kurort şəhəri olan Bouralda 65 yaşlı kişinin avtomobildə vəfat etməsinə səbəb olub. Sidneydə digər avtomobil sürücüsü isə suyun təzyiqi ilə yoldan çıxıb.
Təbii fəlakət nəticəsində Yeni Cənubi Uels ştatında 86 min mənzil işıqsız qalıb.
Kollaro çimərliyinə yaxın yerləşən iqamətgahların sakinləri isə ərazidən evakuasiya olunub.
Qeyd edək ki, hazırda Yeni Cənubi Uels, Viktoriya və Tasmaniya ştatlarında güclü külək əsir, leysan davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB