Qazaxıstanın Aktobe şəhərinin sakinlərinə terror təhlükəsi ilə bağlı mesaj yollanıb. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, buna səbəb şəhərdə yerləşən "Pallada" silah dükanına silahlı basqın nəticəsində müəssisənin satıcısı ilə mühafizəçisinin öldürülməsi, həmçinin üç polis əməkdaşının yaralanması olub.
İkinci obyektə basqın nəticəsində bir müştəri öldürülüb, digəri isə yaralanıb.
Terrorçular bununla kifayətlənməyib, hərbi hissəyə hücum ediblər. Nəticədə üç hərbçi həlak olub, altısı yaralanıb. Digər hərbçilər terrorçulardan birini öldürməyə, digərini isə yaralamağa müvəffəq olublar.
Şəhərdə baş verən bu hadisələrdən dərhal sonra təhlükəsizlik tədbirləri görülməyə başlanıb. Sakinlərə göndərilən mesajda bildirilib ki, Aktobedə antiterror əməliyyatları aparılır. Şəhər əhalisinə vacib ehtiyac olmadan küçəyə çıxmaq qadağan olunub.
Qeyd edək ki, hazırda Aktobedə internet şəbəkəsi fəaliyyətini dayandırıb, rabitə vasitələri fasilələrlə işləyir. Küçələrdə insanların və nəqliyyat vasitələrinin sayı minimum həddədir.
Aktyubinsk əyalətinin qubernatoru Berdibəy Saparbayev televiziya kanallarında çıxış edərək bildirib ki, vəziyyət nəzarət altındadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB