ABŞ-da avtomobil yolunda baş verən qəza nəticəsində meşədə qəflətən başlayan yanğın Kaliforniyanın Kalabasas şəhərini təhlükə altında qoyub. SİA-nın TASS-a istinadən verdiyi xəbərə görə, hadisə yerinə dərhal yaxınlıqdakı rayonlardan 400-ə yaxın yanğınsöndürən xidməti cəlb olunub.
Qəza şəhər şosesi ilə hərəkət edən yük maşınının elektrik dirəyinə toqquşması nəticəsində baş verib. Bitkilər quru və isti iqlimin təsiri ilə tez bir zamanda yanaraq, meşəyə yayılıb.
Təhlükəsizlik məqsədilə yaxınlıqdakı evlərin 5000-ə yaxın sakini ərazidən çıxarılıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB