Sözçü: "Buseyna Şabanı təhqir etməmək üçün özümü cilovlayacam"

Sözçü: "Buseyna Şabanı təhqir etməmək üçün özümü cilovlayacam"

ABŞ Dövlət Departamentinin rəsmi sözçüsü Mark Toner Suriyanın mühasirədə olan bölgələrinə qurudan edilən yardımların ən yaxşı yol olduğunu bildirib. SİA-nın Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, gündəlik mətbuat konfransında çıxış edən sözçü ABŞ-ın bu istiqamətdə səy göstərdiyini vurğulayıb.

Konfransda KİV nümayəndələri tərəfindən ötən ay Vyanada baş tutan görüşlərdə mühasirədə olan ərazilərə 1 iyundan etibarən havadan yardımların edilməsi ilə bağlı qərar verilməsinə baxmayaraq, hələ də heç bir addım atılmadığı qeyd olunub. Toner buna cavab olaraq bildirib ki, ABŞ bununla bağlı, Dünya Qida Proqramının hava yolu ilə edəcəyi yardımları izləyir.

Mark Toner həmçinin, ABŞ-ın sanksiya tədbiq etdiyi Suriya prezidenti Bəşər Əsədin məsləhətçisi Buseyna Şabanın Vaşinqtonda keçirilən toplantıya video-konfrans yolu ilə qatılaraq, Darayada insanların aclıq probleminin olmamasını açıqlamasına da münasibət bildirib: "Buseyna Şabanı təhqir etməmək üçün çətin də olsa, özümü cilovlayacam. 2012-ci ildən etibarən heç bir qida yardımı ala bilməyən bu insanların bir əllərinin yağda, bir əllərinin balda olduğunu demək arsızlıqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə