Mişel Obama: "Biz qorxularımıza təslim olmuruq"

Mişel Obama: "Biz qorxularımıza təslim olmuruq"

"Milli müxtəliflik ABŞ-ı ən firavan ölkəyə çevirib". SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu sözləri ABŞ prezidenti Barak Obamanın xanımı Mişel Obama Nyu-York Şəhər Universiteti nəzdindəki kollecdə baş tutan məzuniyyət gecəsində çıxışı zamanı səsləndirib.

Ölkənin birinci xanımı Respublikaçılar Partiyasından prezidentliyə namizəd olan Donald Trampın ABŞ-da yaşayan müsəlmanlarla və meksikalı mühacirlərlə bağlı söylədiyi fikirlərinə cavab verib: "Təəssüf ki, ölkəmizdə ABŞ və Meksika arasında divar hörmək düşüncəsində olan insanlar yaşayır. Belə düşüncə sahibləri ABŞ-ın müxtəlifliyini təhlükə olaraq göstərməyə çalışırlar. Lakin əksinə, bu, ölkəni insanların birgə anlaşdığı mühitə çevirir. Biz qorxularımıza təslim olmuruq. İnsanları uzaqlaşdırmaq üçün divarlar hörməyə çalışmırıq. Çünki anlayırıq ki, bizim böyüklüyümüz dünyanın müxtəlif yerlərində doğulub, evini bu ölkədə quran insanların dəstəklərinə bağlıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə