Baş nazir: "Rusiyaya qarşı sanksiyaların qaldırılması yolverilməzdir"

Baş nazir: "Rusiyaya qarşı sanksiyaların qaldırılması yolverilməzdir"

"Sanksiya siyasətindən imtina etmək "Rusiya təcavüzünü təşviq etmək" deməkdir". SİA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bunu

Ukraynanın yeni baş naziri Vladimir Qroysman vəzifəyə yüksəldikdən sonra xarici KİV-ə verdiyi müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiyaya qarşı sanksiyaların qaldırılmasına imkan verilməməlidir: "Hesab edirəm ki, mövcud sanksiyaların qaldırılması və ya yumşaldılması istənilən sivilizasiyalı hökumət üçün yolverilməzdir. Çünki Ukraynanın əskərləri təkcə ölkənin deyil, eyni zamanda, Avropanın şərq sərhədlərini də müdafiə edir".

Baş nazir həmçinin, Rusiyanı Minsk razılaşmasına əməl etməyə çağırıb. O, Ukraynaya qarşı təcavüzkar mövqeyinə və Kiyevdə baş verən hökumət çevrilişindən sonra öz müstəqilliklərini elan edən Luqans və Donesk Xalq Respublikalarını dəstəklədiyinə görə, Rusiyanı günahlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə