"ABŞ iqlim dəyişikliyi probleminin həll olunmasında Rusiyanın Asiya-Sakit okean regionu ölkələri ilə qarşılıqlı əməkdaşlığına ümid edir". SİA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın müdafiə naziri Eşton Karter Asiya-Sakit okean regionu ölkələrinin təhlükəsizliyi ilə bağlı Sinqapurda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bölgədə Asiya-Sakit okean regionunun növbəti təhlükəsizlik dalğası olacaq, həmçinin, Rusiyanın təhlükə yarada bilən hərəkətlərinə qarşı müdafiə edəcək "əsas təhlükəsizlik şəbəkəsi"yaradılmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB