Daşqınlar 16 nəfərin həyatına son qoyub

Daşqınlar 16 nəfərin həyatına son qoyub

ABŞ-ın Texas ştatında baş verən daşqınlar 16 nəfərin həyatına son qoyub. SİA-nın verdiyi xəbərə görə, təbii fəlakət nəticəsində Fort-Hud hərbi bazası yaxınlığında ABŞ ordusuna məxsus yük maşının batması nəticəsində itkin düşmüş 4 hərbçinin meyiti tapılıb.

Faktla bağlı, hərbi-bazanın rəis müavini Con Uberti məlumat verib.

Qeyd edək ki, daşqınlar həmçinin, 5 hərbçinin ölümünə, 3-ün isə itkin düşməsinə səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə