TBMM-dən Almaniyaya qarşı etiraz

TBMM-dən Almaniyaya qarşı etiraz

Türkiyə Böyük Millət Məclisində (TBMM) iştirak edən Ədalət və İnkişaf Partiyası (AK Partiya), Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) üzvləri Alman Federal Məclisinin ermənilərin 1915-ci il hadisələri ilə bağlı iddialarını "soyqırımı" olaraq tanımasına dair qərarına münasibət bildiriblər. SİA-nın Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, TBMM sədrinin vəkili Akif Həmzəçebi bunun yanlış verilən qərar olduğunu ifadə edib. O, verilən qərarla bağlı digər partiyaların sədr vəkilləri ilə müzakirələr apararaq, müvafiq bəyannamə imzalanacağını vurğulayıb.

MHP-li millət vəkili Oqtay Vural bildirib ki, tarixləri soyqırımı ilə zəngin olanlar bizim millətin tarixini qaralaya bilməz: "Onların verdikləri bu qərar özlərinin qara üzünü ortaya çıxardı. Bütün siyasi partiyaları türk millətinin vicdanını ifadə edən bəyannaməni imzalamağa çağırıram…".

Almaniyanın "soyqırımı"nı tanımasını üzüntü ilə qarşılayan CHP-li millət vəkili Özgür Özəl bunun mühakiməyə dayanaraq verilən qərar olduğunu qeyd edib. Özəl bu qərarı önəmli hesab etmədiklərini və CHP-nin də ortaq bəyannaməyə imza atacağını söyləyib.

AK Partiyanın millət vəkili Məhmət Naci Bostançı bu qərarın Türkiyə ilə Almaniya arasındakı münasibətlərini zədələyəcəyini diqqətə çatdırıb: "Yəqin ki, bunun nəticələrini öncədən düşünüblər. Parlamentdəki millət vəkillərinin tarixi faktlara istinad edərək, sənədlər üzərində çalışaraq bu nəticəyə gəldiklərini düşünmürəm. Onların qərarının arxasında cari siyasi əlaqələr və salam vermək istədikləri əhatələri dayanır…".

Bütün xəbərlər Facebook səhifəmizdə