Baş nazirin müavini: "Türkiyə üçün bu qərar “yox” hökmündədir"

Baş nazirin müavini: "Türkiyə üçün bu qərar “yox” hökmündədir"

"Almaniya Parlamentinin bir sıra "təhrif olunmuş və əsassız" iddiaları "soyqırımı" olaraq qəbul etməsi tarixi səhvdir". SİA-nın Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin baş nazirinin müavini Numan Kurtuluş Almaniya Federal Məclisinin ermənilərin 1915-ci il hadisələrini "soyqırımı" olaraq qəbul etməsinə qarşı fikir bildirərkən səsləndirib.

Onun sözlərinə görə, Almaniya Parlamentinin bu qərarı verməsi Türkiyə ilə Almaniya arasındakı dostluq münasibətlərinə yaraşan hərəkət deyildi: "Türkiyə üçün bu qərar "yox" hökmündədir. Sözügedən məsələ siyasətçilərin və ya Parlament üzvlərinin deyil, elm xadimlərinin və tarixçilərin nəticələndirməli olduğu qərardır. Türkiyə olaraq, əlbəttə bu qərara istənilən platformada gərəkli cavabı verəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə