"Avropaya getməyin!"
Departament xəbərdarlıq etdi!

Amemrika Birləşmiş Ştatlarının Dövlət Departamenti bəyanat yayıb. Vətəndaşlarına səslənən qurum yay aylarında Avropaya mümkün qədər az səyahət etməyi məsləhət bilib. Avropa ölkələrində növbəti terror hücumlarının baş verə biləcəyini bəyan edən Departament insanların sıx olduğu ərazilərdə olmamağı tövsiyyə edir. Xüsusən də, Fransada təşkil olunacaq futbol üzrə Avropa çempionatı haqda məlumat verən Xarici Əlaqələr İdarəsi azarkeşlərə ehtiyatlı olmağı vacib bilib. Vatikanda təşkil olunacaq Ümumdünya Gənclər Günündə də terror hadisəsinin baş verə biləcəyi də istisna edilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə