ABŞ-da təyyarə avtomobil trasına enib

ABŞ-da təyyarə avtomobil trasına enib

ABŞ-ın Missisipi ştatında yüngül mühərrikli təyyarə avtomobil trasında qəza enişi edib. Yerli polisin məlumatına əsasən, pilot idarəetməni itirdiyi üçün təcili eniş etməyə məcbur olub. Eniş zamanı yolda hərəkət edən avtomobillər qəzadan yayına bilib və təyyarə sağ-salamat yolun kənarına çəkilərək dayanıb. İnsident nəticəsində heç kimin xəsarət almadığı bildirilir.

Elə həmin gün Macarıstanda da, analoji hadisə qeydə alınıb. Kiçik təyyarə mühərrikində yaranan nasazlıq səbəbindən Budapeşt ətrafında qəza enişi edib. Bu hadisə nəticəsində də xoşbəxtlikdən xəsarət alan olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə