Sursat anbarında baş verən partlayış 17 can aldı

Sursat anbarında baş verən partlayış 17 can aldı

Hindistanda hərbi sursat anbarında qəza olub. SİA-nın RİA Novostiyə istinadən verdiyi xəbərə görə, Maharaştra ştatında baş verən yanğın nəticəsində 17 hərbçi həlak olub, 19-u yaralanıb. Hadisənin şahidləri güclü partlayış olduğu haqda məlumat veriblər. Qəza yerinə yanğınsöndürən və xilasedici dəstə cəlb olunub. Xəsarət alanlar əraziyə yaxın xəstəxanalara yerləşdirilib.

Hadisə ilə bağlı cinayət işi açılıb. Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə