"Hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində iki məsələ müzakirə olunur-Dağlıq Qarabağın və ətraf rayonların statusu". SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu fikirləri Rusiyanın politoloqu Sergey Markedonov səsləndirib.
ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popovun Dağlıq Qarabağ probleminin yenidən danışıq masasına yatırılması ilə bağlı açıqlamasına münasibət bildirən politoloq "Madrid prinsipləri"nin sonuncu bəndinin də bununla əlaqədar olduğunu vurğulayıb: "Sözügedən bənddə Dağlıq Qarabağın statusu ilə bağlı hüquqi referendumun keçirilməsi önə çəkilib. Lakin problem ondadır ki, nə Minsk qrupunun həmsədrləri, nə də başqa ölkə Azərbaycanın razılığı olmadan buna qərar verə bilməz. Azərbaycanın konstitusiyasına əsasən isə, referendum ayrı ərazidə keçirilə bilməz. Bunu gerçəkləşdirmək çətin olduğu üçün, hazırda mümkün olmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB