"Böyük yeddilik"dən Rusiyaya son xəbərdarlıq

"Böyük yeddilik"dən Rusiyaya son xəbərdarlıq

"Minsk sazişləri tam icra olunan müddətə qədər Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq və zərurət yaranarsa daha da sərtləşdirilə bilər". SİA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə "Böyük yeddilik" (G7) ölkələrinin Yaponiyada keçirilən sammitinin bəyannaməsində deyilir.

Bəyannamədə Rusiyaya qarşı tədbiq olunan sanksiyaların mahiyyəti açıqlanıb: "Biz təsdiqləyirik ki, Rusiyaya qarşı sanksiyaların uzadılması Moskvanın Minsk razılaşmasının tam icrasına və Ukraynanın suverenliyinə hörmətlə yanaşılmasına aid hərəkətləri ilə bağlıdır. Rusiya üzərinə götürdüyü öhdəlikləri tam icra etdiyi halda sanksiyalar ləğv oluna bilər. Rusiyanın hərəkətləri vadar edərsə, ona qarşı əlavə sanksiyalar tədbiq olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə