Azərbaycanın Rusiyadakı Səfirliyindən Ermənistanın xarici işlər naziri Edvard Nalbandyana sərt cavab verilib. SİA-nın vestikafkaza.ru saytına istinadən verdiyi xəbərə görə, bildiyimiz kimi, Nalbandyan parlamentdəki çıxışında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun rəsmi fəaliyyətinin diplomatik dürüstlük çərçivəsindən kənara çıxdığını bildirib.
Çox keçmədən, onun bu açıqlamasına Azərbaycanın Rusiyadakı Səfirliyi tərəfindən əsaslı münasibət bildirilib: "Edvard Nalbandyana xatırlatmaq istərdim ki, səfirlərin fəaliyyətini üçüncü şəxslər deyil, göndərilən və qəbul edilən ölkələrin başçıları qiymətləndirir. Yaxşı olar ki, o, diqqətini göstəriş vermək səlahiyyətində olduğu tabeliyində çalışanlara yönəltsin.
Ermənistanın XİN başçısı Azərbaycana qarşı aqressiyasını ifadə etmək məqsədilə parlamentdə Polad Bülbüloğlunun işini şərh etməklə, eyni zamanda, Azərbaycanın Rusiyadakı səfirinin fəaliyyətini izlədiyini və keyfiyyətinin şahidi olduğunu ortaya çıxarıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB