"Ölkəmin öz mənafeyini müdafiə etməsi və xarakterini dəyişməməsi üçün Slovakiyada daim öz istəklərinin gerçəkləşməsini istəyən müsəlmanların olmasını istəmirəm". SİA-nın haberler.com-a istinadən verdiyi xəbərə görə, bunu Slovakiyanın baş naziri Robert Fitso deyib.
O bildirib ki, Slovakiya Avropa İttifaqının qaçqınların üzv ölkələrdə yerləşdirilməsi ilə bağlı tədbiq etmək istədiyi məcburi qanuna qarşı çıxmağa davam edəcək: "Fərqli mədəniyyətlərə, adətlərə malik xalqların bir arada yaşaması Slovakiyanın təməl prinsiplərinə ziddir. Ölkəm öz mədəniyyətini, mənafeyini qorumalıdır".
Qeyd edək ki, Robert Fitsonun daha öncə də verdiyi açıqlamalarda müsəlmanlara qarşı söylədiyi sərt fikirlər cəmiyyətdə etirazla qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB