Ermənistanın Xarici İşlər Nazirliyi (XİN) ilə Müdafiə Nazirliyi (MN) arasında gizli düşmənçilik hökm sürür. SİA-nın lragir.am-a istinadən verdiyi xəbərə görə, əslində, hər iki qurum bir-biri ilə əlaqəli vəzifələri icra etməli olduğu halda, əksinə, qarşılıqlı mübarizəni davam etdirirlər.
Belə ki, MN Dağlıq Qarabağ ərazisində mübarizəni davam etmək istəyəndə, XİN müxtəlif vasitələrlə danışıqlara nail olmağa, bəzi əraziləri güzəştə getməyə çalışır. Hər iki tərəf müttəfiqinə zərbə endirmək üçün məqam gözləyir. Məsələn, XİN hələ də 2-5 aprel tarixlərində baş verən qısamüddətli müharibə haqqında heç bir fikir bildirmir və siyasi qiymət verməkdən yayınır. Bununla sanki, itirilmiş ərazilərin günahını MN-də görür və danışıqlara nail olunmasa, sülh yolu ilə ərazilər geri qaytarılmasa, nəticənin Ermənistan üçün ağır olacağını bildirir. XİN-in belə mövqeyi MN-nin qəzəbinə səbəb olub və buna cavab olaraq, qarşı tərəfin yalnız Moskvadan gələn əmrləri icra etdiyini vurğulayır.
Bu qarşılıqlı mübarizə Ermənistan cəmiyyətində ciddi narahatlığa səbəb olub. Siyasi ekspertlərin sözlərinə görə, əgər daxili çaxnaşma həlli yolunu tapmasa, siyasi sferada ciddi fəsadlara yol aça bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB