Kim Çen In Trampa "aktyor" dedi

Kim Çen In Trampa "aktyor" dedi

Şimali Koreya lideri ilə nüvə müzakirəsi aparmaq istəyən İslam düşməni Trampa rədd cavabı gəlib və "aktyot" adlandırılıb. Bu barədə cavabı Şimali Koreyanın London səfiri Hyun Haqq Bong səsləndirib. O, Kim Çen Inla nüvə müzakirəsi aparmaq istəyən Trampın təklifini bir növ seçki manevri kimi gördüklərini və ciddiyə almadıqlarını söyləyib.

ABŞ prezidentliyinə namizədlərin seçki kampaniyaları boyu bir çox şey söylədiyini, ancaq hakimiyyətə gələndə həmişə Şimali Koreyaya qarşı düşmən mövqe tutduqlarını xatırladan Hyun, "Trampın təklifini populyar bir aktyorun rolu kimi görürük", - deyib.

Hyun, "Şimali Koreyanın iki ölkə arasındakı əlaqələri inkişaf etdirməyə yönəlik hazırda təkliflər paketi yoxdur. ABŞ-ın da yoxdur. Hər hansı bir irəliləyiş qeydə alınmayıb. Bu səbəbdən, onun söylədikləri bizim üçün maraqlı deyil" söyləyib.

"Şimali Koreyanın özünü müdafiə etmək və suverenliyini qorumaq üçün nüvə silahına ehtiyacı olduğunu", - deyən Hyun, ölkənin nüvə silah proqramını sona çatdırmaq məqsədilə keçirilən altı görüşün öldüyünüdə sözlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə