Son dörd gündə 88 terrorçu məhv edilib

Son dörd gündə 88 terrorçu məhv edilib

Misir Silahlı Qüvvələri son dörd gün ərzində Sina yarımadasında 88 ekstremistin məhv edildiyini bildirib. Şeyx Zuveyda, Rafaha rayonları və Sina yarımadasının mərkəzi hissəsində Hərbi Hava Qüvvələrinin aviazərbələri və artilleriya atəşlərindən sonra terrorçuların 190 dislokasiya yeri, 57 ev dağıdılıb və yandırılıb. Üç şübhəli şəxsin həbs edildiyi barədə məlumat verilir.

Həmçinin terrorçuların nəzarət postlarına və təhlükəsizlik qüvvələrinə hücumlarda istifadə etdiyi 10 avtomobil və beş motosiklet məhv edilib, 73 bunker və sığınacaq ləğv olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə