İŞİD Rusiyanın Suriyadakı hərbi bazalarından birini dağıdıb

İŞİD Rusiyanın Suriyadakı hərbi bazalarından birini dağıdıb

ABŞ-ın "Stratfor" şirkətinin ekspertləri iddia edirlər ki, Rusiya Hərbi Kosmik Qüvvələrinin Suriyada istifadə etdiyi aviabazalardan biri İŞİD terror qruplaşmasının zərbələrindən ciddi zərər görüb. Rusiya mətbuatının verdiyi məlumata görə, bu barədə BBC xəbər yayıb. İŞİD-in dağıtdığı baza Tiyas məntəqəsinin yaxınlığında yerləşir. "Statfor"un ekspertləri sözlərini təsdiq etmək üçün peykdən çəkilmiş şəkilləri təqdim edib. Şəkillərdə uçuş zolağındakı yanmış texnika hissələri və baza ərazisindəki binanın qalıqları yer alıb. Qalıqların "Mi-24" helipoterlərinə aid olduğu güman edilir. Ekspertlərin sözlərinə, bazaya bir neçə dəfə zərbələr endirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə