Liviya sahillərində 550 miqrant saxlanılıb

Liviya sahillərində 550 miqrant saxlanılıb

Liviya sahillərində 550 qanunsuz miqrant saxlanılıb. SİA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Liviyanın sahil mühafizəsinin əməkdaşları Əz-Zəviyə şəhərinin yaxınlığında dəniz yolu ilə Avropaya keçmək istəyən dörd qayığı saxlayıb.

Liviya donanmasının polkovniki Əyyub Kasemin sözlərinə görə, saxlanılanların çoxu Afrika qitəsinin müxtəlif ölkələrindən olan vətəndaşlardır: "qayıq sərnişinləri arasında üçü hamilə olmaqla, 30 qadın və üç uşaq da var. Saxlanılanlar Qanunsuz miqrasiya ilə mübarizə idarəsinə təhvil verilib. Sərnişinlər daha sonra ixtisaslaşdırılmış düşərgəyə yerləşdiriləcək".

Qeyd edək ki, Liviya uzun müddətdir ki, yaxşı iş tapmaq və gəlir əldə etmək məqsədilə Avropaya keçmək istəyən afrikalı qanunsuz miqrantların tranzit nöqtəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə