ABŞ prezidenti Barak Obamanın Hiroşimaya 27 mayda nəzərdə tutulmuş səfəri Cənubi Koreyada narazılıqla qarşılanıb. SİA-nın Financial Times-ə istinadən verdiyi xəbərə görə, ölkə hökuməti Obamanın Hiroşimaya gəlməklə ABŞ-ın 1945-ci ildə gerçəkləşdirdiyi atom bombardmanının yeganə qurbanı olaraq, Yaponiyanı göstərməsindən narahatdır.
Buna görə də, bir qrup Cənubi Koreya fəalları Barak Obamaya məktubla müraciət edib. Məktubda Nakasakidə və Xiroşimada baş verən həmin hadisədə orada hərbi xidmət keçən və işləyən on minlərlə Cənubi Koreya vətəndaşının vəfat etdiyi vurğulanıb. Bildirilib ki, bombardman nəticəsində Hiroşimada 70 min, Nakasakidə isə 20 min cənubi koreyalı həlak olub.
Etirazçılar həmçinin, Obamanın Hiroşimada ABŞ bombardmanı nəticəsində ölən Cənubi Koreya vətəndaşlarının xatirəsinə ucaldılmış memorial kompleksi ziyarət etməsini də xahiş edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB