Ermənistan hökuməti yeni problemlə qarşı-qarşıyadır. SİA-nın vestikavkaza.ru-ya istinadən verdiyi xəbərə görə, bu dəfəki problemin mərkəzində məhkəmə aktlarının məcburi icrası xidmətinin (SPİSA) sabiq rəisi Miqran Poqosyandır. Hələ bir müddət bundan öncə mətbuatda Poqosyanın Panamada şirkətlərinin olması haqqında qalmaqallı xəbər yayılmışdı.
"Panamanı fəth edən erməni general Miqran Poqosyanın dənizçilik şirkətləri və İsveçrə banklarındakı hesabları"başlıqlı məqalədə onun "Sigtem Real Estates Incorporated", "Hopkinten Trading Incorporated" və "Bangio İnvest S,A" biznes şirkətlərinə sahib olması açıqlanıb. Lakin şirkətlərin gəlirlərinin sadəcə bir qisminin İsveçrə banklarında saxlanması, digər yarısının isə müəmmalı şəkildə ölkə daxilində gizlədilməsi bir sıra şübhə doğuran sualların ortaya çıxmasına səbəb olub.
Hazırda jurnalistlər sözügedən şirkətlərin gəlirlərinin mənbəyini araşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB