ABŞ qanunlarından “zənci” sözünü çıxartdı
Obama bunu da etdi

Obama federal qanunvericilikdən "zənci" və "Şərq əsilli" kimi anlayışları çıxarılmasını nəzərdə tutan qanun layihəsini imzalayıb. ABŞ Prezidenti Barak Obama federal qanunvericilikdən "zənci" və "Şərq əsilli" kimi anlayışları çıxarılmasını nəzərdə tutan qanun layihəsini imzalayıb.

Rusiya mətbuatının verdiyi məlumata görə, qanun layihəsi Nyu-York ştatının konqresmeni Qreys Menq tərəfindən təqdim edilmişdi. Sənədin məqsədi azlıqları müəyyənləşdirən termonologiyaların modernləşdirilməsi, 1970-ci illərin sonunda ictimai səhiyyə haqqında qanunda rast gəlinən terminlərin siyasi cəhətdən düzgün terminlər ilə əvəzlənməsidir.

Q.Menqin sözlərinə görə, "Şərq əsilli" termininin federal qanunvericilikdə yeri yoxdur və bu təhqiramiz və köhnəlmiş termin çıxarılmalıdır: "Mən Prezidenti alqışlayır və ona etdiyinə görə təşəkkür edirəm".

Qeyd edək ki, Q. Menq ABŞ Konqresində Nyu-Yorku təmsil edən Asiya əsilli ilk amerikalı qadındır.

Bütün xəbərlər Facebook səhifəmizdə