Binəli Yıldırım: "Bizə yeni konstitusiya və prezident sistemi lazımdır"

Binəli Yıldırım: "Bizə yeni konstitusiya və prezident sistemi lazımdır"

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədri və ölkənin baş naziri postlarına namizəd Binəli Yıldırım dövlətin prezident idarəçilik sisteminə keçməsi mövqeyindən çıxış edib. SIA-nın xəbərinə görə, bu barədə o ƏİP-nin bazar günü keçirilən növbədənkənar qurultayında çıxışı zamanı bildirib. Qurultayda partiyaya yeni sədr seçiləcək və həmin şəxsin ölkənin yeni baş naziri olacağı gözlənilir. Bu posta Yıldırımın yeganə namizədliyi irəli sürülüb. "Tunellər, qatarlar və yollar, bütün bunlar çox yaxşıdır. Lakin bizim bir nöqsanımız var: bizə yeni konstitusiya və prezident sistemi lazımdır. Bu gün bizə lazım olan şey, bunu hüquqi müstəviyə gətirməkdir"- deyə, Yıldırım bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə